Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 26-da əfv sərəncamı imzalayıb.
Obyektivtv.az Globalinfo.aza istinadən xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. Sərəncam 200-dən çox dustağa şamil edilib.
İctimaiyyət məşhur dustlaqlardan kimlərin azadlığa çıxması ilə maraqlanıb. Əfv sərəncamına düşməsi gözlənilən tanınmış dustaqlardan keçmiş səfir Eldar Həsənov, sabiq deputat Hüseyn Abdullayev, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin adları siyahıda yoxdur.