Qlobal.az xəbər veir ki, bu satınalmanın məbləği 615.631 manat təşkil edib.


“MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti Kürdəmir rayon İcra Hakimiyyətinə heç də yad təşkilat deyil. Belə ki, Kürdəmir İcra Hakimiyyəti ilə “MALA.AZ” MMC arasında daha bir satınalma müqaviləsi 2022-ci ilin dekabr ayının 16-da bağlanıb.

Bu satınalma müqaviləsindən bir ay əvvəl – 2022-ci ilin noyabr ayının 22-də Kürdəmir rayon İcra Hakimiyyətinin tabeli qurumu olan Kürdəmir Şəhər İnzibati Ərazi Üzrə Nümayəndəliyi “Kürdəmir şəhəri, İslam Məmmədov küçəsi, 65 saylı binanın dam örtüyü və fasadının əsaslı təmiri işlərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.İyirmi səkkiz min manat olan bu satınalmada da “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.Kürdəmir rayon İcra Hakimiyyəti ilə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan satınalma müqavilələri bununla bitmir.
Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin daha bir tabeli qurumu – Mənzil İstismar Sahəsi müvafiq olaraq 2022-ci ilin sentyabr ayının 26-da və 2022-ci ilin iyul ayının 18-də “Zibil konteynerlərinin satın alınması” lotu üzrə stınalma keçirib. Bu satınalmaların məbləği 56.300 manat təşkil edib.
2020-ci ildə təsis edilən “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti yalnız Kürdəmir rayon İcra Hakimiyyətinin və İcra Hakimiyyətinin tabeli qurumlarının sifarişçi olduğu satınalmalarda iştirak edib.
“MALA.az” MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, mühəndis və əmək müqaviləsi ilə çalışan işçiləri, müvafiq lisenziyaları və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat verilmir.

Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovdur.
Elxan İbrahimov 2022-ci ilin fevral ayında Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
O, əvvəllər “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.



















