Cəmiyyət

Kamran Əliyevin səlahiyyət müddəti bitir – Milli Məclis təqdimata baxacaq

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir.

Teleqraf xəbər verir ki, o, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub.

“Prokurorluq haqqında” qanunun 16-cı maddəsinə əsasən, Baş prokurorun səlahiyyət müddəti 5 ildir. K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır.

Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, Baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək Baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır.

“Prokurorluq haqqında” qanun bir şəxsin neçə dəfə Baş prokuror təyin olunmasına hər hansı məhdudiyyət qoymur.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir