İstanbulda yaşayış binasında partlayış, ölənlər var – Video

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” yerli KİV-lərə istinadən xəbər verir ki, partlayış qaz sızması nəticəsində qeydə alınıb.

Kadıköy rayonunda baş verən hadisə nəticəsində üç nəfər ölüb, bir  nəfər isə yaralanıb.

İstanbul valisi Əli Yerlikaya partlayışdan sonra hadisə yerinə gəlib. Vali partlayış nəticəsində 3 nəfərin həlak olduğunu təsdiqləyib.

Hazırda binadakı yanğın yanğınsöndürənlərin səyləri nəticəsində nəzarətə götürülüb.

 

Exit mobile version