Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun Bakıya səfəri nəticəsiz başa çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya güc strukturlarına yaxınlığı ilə tanınan “VÇK-OGPU” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, nazirin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək niyyəti olsa da, bu görüş baş tutmayıb.
Qeyd olunur ki, Azərbaycan tərəfi 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması faktının Rusiya tərəfindən rəsmi şəkildə etiraf olunmasını tələb edib. Lakin Kremlin bu tələbi rədd etdiyi bildirilir.
Bununla eyni vaxtda Bakıda rusiyalı jurnalistlərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətlərinə baxılıb. Məhkəmə həmin müraciətləri təmin etməyərək onların həbsdə saxlanmasına qərar verib.
Aleksandr Kurenkov rəsmi olaraq Bakıda keçirilən fövqəladə hallar forumunda iştirak etsə də, onun qeyri-rəsmi görüş istəyi Prezident İlham Əliyev tərəfindən qəbul edilməyib.