Bayram günündə şəhid Şükürov Alimin ailəsi Azərbaycan Ordusunun generalı Nəsib Mirzəyev tərəfindən ziyarət olundu. Bu ziyarət yalnız bir bayram görüşü deyil, eyni zamanda dövlətin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğının növbəti bariz nümunəsi kimi yadda qaldı.
General Nəsib Mirzəyev şəhid ailəsinin evində onların qayğıları ilə yaxından maraqlandı, səmimi söhbət etdi və bildirdi ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi hər zaman uca tutulur. O vurğuladı ki, şəhidlərimizin ailələri Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Ziyarət zamanı qeyd olundu ki, Azərbaycan Ordusu hər zaman xalqın güvən yeri olmaqla yanaşı, şəhid ailələrinə də mənəvi dayaqdır. Bu cür görüşlər dövlət-vətəndaş birliyinin möhkəmliyini bir daha sübut edir və şəhidlərimizin əmanətlərinə sahib çıxıldığını göstərir.
Şəhid Şükürov Alimin ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək bildirdilər ki, belə ziyarətlər onların qəlbində təsəlli yaradır, övladlarının unudulmadı ğını bir daha sübut edir.
Azərbaycan dövləti hər zaman şəhid ailələrinin və qazilərimizin yanındadır. Bu, yalnız sözlə deyil, konkret addımlarla, sosial dəstək proqramları və mənəvi diqqətlə öz təsdiqini tapır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərindən biri məhz Vətən uğrunda canından keçənlərin ailələrinə layiqli qayğı göstərməkdir.
Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət, ailələrinə səbir diləyirik.

















