Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov icra başçısı təyin olunduqu dövürdən,dövlət proqramına uyğun mütəmadi olaraq rayonda və kəndlərdə vətəndaşları qəbul edir,onların problemlərini yerindəcə dinləyib, aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə,kənd ərazi nümayəndələri və bələdiyyə sədrlərinə lazımı tapşırıqlarını verir.
Bu da,vətəndaşların mövcud problemlərinin aradan qaldırılması üçün əlverişli şərait yaradır. Bundan əlavə icra başçısının ərazilərdə olması,təmizlik abadlıq işlərinə də müsbət təsir göstərir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Günəşli kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun rəhbərliyi ilə keçirilən səyyar qəbul,ilk öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş,qürur yerimiz sayılan qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə vətəndaşları narahat edən bütün məsələlərə obyektiv yanaşaraq ədalətli qaydada həllinə nail olunmaqdır.
Rayon rəhbəri vətəndaşların bütün sahələr üzrə dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildiriblər.

















