Cəmiyyət

Stay updated with the latest news from the entertainment world and what your favourite celebrities are upto.

Sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. ⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra Prezident İlham Əliyev geniş nitq söyləyib. Prezident Milli Məclisin üzvlərini Yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Sonra Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə Yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib. Ziyad Səmədzadə Milli Məclisə üzv seçildiklərinə görə deputatları təbrik edib və Yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra deputat Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən, iclasın gündəliyinə 9 məsələ daxildir. Bunlar – Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması, Milli Məclisin sədrinin və sədr müavinlərinin seçilməsi, İntizam komissiyasının yaradılması, Milli Məclisin komitə sədrlərinin və sədr müavinlərinin seçilməsi ilə bağlı məsələlərdir. İclasın gündəliyi təsdiq olunub. Sahibə Qafarova gizli səsvermə nəticəsində Milli Məclisin sədri vəzifəsinə seçilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib. Daha sonra Milli Məclis sədrinin birinci müavini və müavinlərinin seçilməsi məsələsinə baxılıb. Sahibə Qafarova Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədovun namizədliyini təklif edib. Açıq səsvermə yolu ilə Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini seçilib. Bunun ardınca Milli Məclis sədrinin müavinlərinin seçilməsi məsələsinə baxılıb. Səsvermə nəticəsində Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov spikerin müavinləri seçiliblər.

Sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham…