Cəlilabad rayon sakini Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində həlak olub.
Hadisə Dağıstan Respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb. Belə ki, hadisə tikilməkdə olan binanın dam örtüyünə beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini, 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq dünyasını dəyişib.
Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub
Obyektivtv.az
