Hər il olduğu kimi, bu il də Cəlilabad Rayon İcra Haimiyyətinin başçısı Rafiq Cəlilovun rəhbərliyi ilə İftar süfrəsi təşkil olunub.Məclisdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.
İftar mərasimi ilk olaraq din xadimlərimiz tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Məclisdə iştirak edən din xadimləri müqəddəs Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyiblər.

















