Cəmiyyət

Cəlilabad RİH-nin başçısı Rafiq Cəlilovun “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təbriki.

Hörmətli xanımlar!

Başda şəhid anaları olmaqla bütün xanımlarımızı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dərin hörmət və səmimi hisslər ilə təbrik edirəm!

Azərbaycan qadını tarix boyu xalqımızın ən qiymətli sərvəti, milli-mənəvi dəyərlərimizin qoruyucusu və cəmiyyətimizin inkişafının əsas qüvvəsi olub. Zərif cinsin nümayəndələri öz iradəsi, mərdliyi, saflığı, sədaqəti və yüksək analıq missiyası ilə həmişə ön sıralarda yer alıb. Onlar həm ailə ocağının istiqamətini saxlayıb, həm də Vətənin müdafiəsində, dövlətçiliyimizin möhkəmlənməsində, iqtisadiyyatın, təhsilin, mədəniyyətin və səhiyyənin inkişafında əvəzsiz rol oynayıblar. Xüsusilə şəhid analarımız, Vətən müharibəsində ən ağır itkilərə dözərək, milli birliyimizi və qürurumuzu qoruyan əsl qəhrəmanlardır.

Müstəqil Azərbaycanımızın qadınları bu gün də Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunaraq, cəmiyyətin bütün sahələrində fəal iştirak edir, yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim qadınlarımızın hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması, ailə institutunun möhkəmləndirilməsi istiqamətində göstərdiyi diqqət və qayğı Azərbaycan qadınlarının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində qadınlarımız ölkənin ictimai-siyasi, mədəni və humanitar həyatında daha da fəal rol oynayır.

Cəlilabad rayonunun qadınları da bu şərəfli yolda layiqli yer tutur. Ailələrdə səadət və harmoniya yaradan, yeni nəsilləri vətənpərvərlik, milli ruh və əxlaq dəyərləri ilə tərbiyə edən, rayonumuzun sosial-iqtisadi, mədəni həyatında fəal iştirak edən, abadlıq-quruculuq işlərinə, təhsil və səhiyyə sahəsinə, ictimai-siyasi proseslərə dəyərli töhfə verən xanımlarımız rayonumuzun qürur mənbəyidir.

Bu gün xüsusilə qeyd etmək istəyirəm ki, Cəlilabad rayonunun hər bir qadını öz sahəsində əsl qəhrəmanlıq nümunəsi göstərir. Sizlərin zəhməti, səbriniz, sevginiz və fədakarlığınız sayəsində rayonumuz gündən-günə gözəlləşir, inkişaf edir və daha da möhkəmlənir.

Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt ailə həyatı, işlərinizdə yeni-yeni uğurlar, hər zaman gülüş, təravət və gözəllik arzulayıram! Qoy həyatınız bahar çiçəkləri kimi rəngarəng, günəş şüaları kimi parlaq və isti olsun!

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə dərin hörmət və minnətdarlıq hisslərimi bildirirəm!

 

Bayramınız mübarək olsun, əziz xanımlar!

 

Hörmətlə,

Rafiq Cəlilov

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir