Cəlilabad rayonunda Xocalı soyqırımının 34-cü il dönümü qeyd edilib

Bu gün Cəlilabad rayonunda Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə,təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

Tədbir ilk öncə Cəlilabad Şəhidlər parkında abidə kompleksinin ziyarət edərək,Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.

Daha sonra Cəlilabad rayon Heydər Əliyev mərkəzində davam etdirildi.İlk öncə Xocalı soyqırımının qurbanlarının xatirəsi və əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov 1992-ci fevralın 25 dən 26 na keçən gecə Ermənilərin Xocalıda törətdiyi soyqırımın Azərbaycan xalqına qarşı planlı şəkildə həyata keçirilməsindən danışdı,bu soyqırımın insanlığa sığmayan böyük bir cinayət kimi tarixə düşdüyünü vurğuladı.

Rafiq müəllim çıxışı zamanı xüsusilə qeyd etdi ki,Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, ona hüquqi qiymətin verilməsi ndə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğu bir daha vurğulandı.Ulu Öndərin təşəbbüsü ilə bu faciyəyə ilkdəəfə siyasi qiymət verilib.Ulu Öndərin məqsədyönlü siyasətinin davamı olaraq,bu gün ölkə rəhbərimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması uğrunda çox işlər görülüb

  1. Sonda onuda diqqətinizə çatdırmaq istəyirəm ki,bu faciədən 613-nəfər gülləbsran edilərək,106 qadın,63 uşaq,70 nəfər qaca öldürülüb. 1275-nəfər əsir olub,150 nəfərin taleyi hələdə bəlli deyil,475 nəfər şikəst olub,25 uşaq hər iki valideynlərini itirib,130 uşaq isə valideynlərindən birini itirib.
Exit mobile version