Cəlilabad rayonunda əsassız və şantaj xarakterli yazılar yazmaqda məqsəd nədir?

Əziz oxucular!

Bu gün sosial şəbəkədə qarşıma çıxan bir fotoşəkilin (Şəhid anasının evində çəkilmiş bir fotoşəkil)nə dərəcədə tənqidi və şantaj xarakterli olub olmadığını araşdırmağı özümə borc bilərək,sosial şəbəkə üzərindən və aidiyyəti üzrə axtarış edərək fotoşəkilin şantaj olunduğunun şahidi oldum.

Mən bir “Sait” rəhbəri olaraq bu fotoşəkilin harada və nə məqsədə çəkildiyini araşdırdım,məlum oldu ki,sözü gedən kadrlar Cəlilabad rayon Privolnaya kəndində qəhraman Şəhidmiz leytenant Elnur Hüseynovun anası Məhbubə Hüseyinovanı həmişə olduqu kimi,ziyarətə gələn Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, sabiq proktor Vahid müəllim və Şəhid ailələri və qszilərlə iş şöbəsinin müdiri Füzuli  müəllim,və ən əsası Şəhid anası Məhbubə ana olub.

Bu foto 07.05.2025-ci ildə Şəhid ailəsinin ziyarət olunduğu vaxt çəkilib.Burada maraqlı olan bilirsiz nədir?Azərbaycanlı olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən,qazi adına layiq görülmüş bir şəxsin necə bir saxtakarlığa əl ataraq,Şəhid anasının süfrəsində qonaq olan rayon rəhbərinin fotosunu mantaj edərək,əsassız olaraq şantaj etməsidir.

Bir insan əlini vicdanına qoyaraq  düşünmədi ki,canından pay vermiş  bir ananın süfrəsində əyləşən rayon rəhbərinin əsassız və qərəzli şəkildə şantaj edərək,ictimaiyyətə təqdim edəsən

Halbuki bu kadr Şəhid anasının evində qonaq olan rayon rəhbəri və onunla birlikdə Cəlilabad rayon sabiq proktoru Vahid Məmmədov,Şəhid ailələri və qszilərlə iş şöbəsinin müdiri Füzuli Cəfərov da olub.Bir insanın vicdanına necə yol verə bilər ki,rəhbərlik etdiyi rayon üçün əlindən gələni əsirgəməyən bir icra başçısının fotoşəkilini qərəzli şəkildə şantaj edəsən, özüdə Şəhid anasının süfrəsində qonaq olarkən

İndi baxın,öz adını da qızıl hərflərlə yazan qazimiz, necə bir çirkin əmələ imza atır,hər şey göz qabağındadır,burda qeyri-adi adi nəisə yoxdur bir icra başçısının edə biləcəyi ən gözəl təşəbbüsdür.Bu cür əsassız və qərəzli şantajlara son qoymaq lazımdır, ayıbdır.

Əyər Cəlilabadlı olaraq rayonda  görülən işləri görə bilmiriksə,o zaman əsassız tənqidlər və qərəzli yazılar yazaraq kiminsə haqqına girməyək,bu ən böyük günahdır.Rafiq müəllimin rayonda gördüyü işlər az deyil

Mən sadəcə kiçik bir xatırlatma olsun deyə,  bir neçə kadr paylaşmaq istədim.Sonda onu demək istəyirəm ki,bu cür əsassız şantajları yığışdırın,sizin bu hərəkətləriniz kənardn çox gülünc görünür…

 

 

 

 

Exit mobile version