Bu gün TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev Namiq Həsənovu kollektivə təqdim edib.
N.Həsənov 1998-ci ildə Cəlilabad şəhər 8 nömrəli tam orta məktəbi başa vurmuş, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb və universiteti fərqlənmə ilə bitirib.
N.Həsənov 2003-2005-ci illərdə Respublika Uşaq Uroloji Xəstəxanasının feldşeri, 2005-2006-cı illərdə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim-interna, 2007-2018-ci illərdə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində cərrah kimi fəaliyyət göstərib.
N.Həsənov 24.07.2014-cü il tarixində tibb üzrə fəlsəfə doktoru elmi adını qazanıb.
2018-ci ildən hazırkı təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri vəzifəsində çalışıb.
İnanırıq ki, son zamanlar problemlər içində çabalayan Cəlilabad səhiyyəsində yeni təyinat əsaslı dönüş yaradacaq.
Obyektivtv.az olaraq Namiq Həsənovu təbrik edir, ona çətin və şərəfli peşəsində uğurlar arzulayırıq
Namik doktor Cəlilabad səhiyyəsinə təkcə rəhbər olaraq deyil,peşəkar Cərrah kimi də xidmət edəcək inşəallah!