Bu gün 27 fevral 2026-cı il Rayon İcra Haimiyyətinin inzibati binasında icra başçısı Rafiq Cəlilovun rəhbərliyi ilə vətəndaşları narahat edən problemlərin dinlənilməsi məqsədilə qəbul keçirib.
Qəbulda icra hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.
Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan sakinlər öz problemlərini rayon rəhbərinin diqqətinə çatdıraraq,həll olunmasını xahiş ediblər.
İcra başçısı bir daha vurğulayıb ki,vətəndaşları narahat edən bütün məsələlər qanun çərçivəsində öz həllini tapacaq
Rafiq müəllim həmçinin aidiyyəti üzrə idarə və müəssisələrin rəhbərlərinə,vətəndaşların problemlərinin həll olunması istiqamətində öz tapşırıqlarını verib.

















