HomeBölgələrCəlilabad Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır Bölgələr Cəlilabad Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır by admin 2 yıl ago 108 0 0SharesFacebookTwitterPinterest Hazırda Cəlilabad rayonunun Maşlıq, Muğan və Söyüdlü kəndlərində istixana şəraitində yetişdirilən kartofun yığımı aparılır. Fermerlərin Tartv.az-a verdiyi məlumata görə, yığımın əvvəlində örtük altında yetişdirilən kartofun qiyməti 1 manat 30 qəpikdən etibarən satılmağa başlayıb. Lakin son günlər təklif olunan qiymət onları narazı salıb. “Kartof məhsulunun becərilməsi çox xərc aparır. Kartofun sortundan asılı olaraq 1 hektar faraş kartof sahəsinə 7-9 min manat vəsait xərclənir. Hazırda təklif olunan qiymət bizi qane etmir. Çünki məhsulu alan sahibkarlar kartofu bizdən 80-90 qəpiyə istəyir. Lakin bu qiymət xərclərimizi belə qarşılamır. Heç olmasa, 1 manat civarında qiymət qalarsa, müəyyən qədər vəziyyətdən çıxmaq olar”, – onlar vurğulayıblar. Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda minə yaxın fermer kartof məhsulunu çıxarmağa başlayıb. “Hər gün Rusiya bazarlarına 200-250 ton kartof göndərilir. O ki qaldı qiymət məsələsinə, bununla bağlı alıcılarla söhbət aparılıb və alış qiymətinin 1 manat civarında qalması təmin olunub. Lakin gələcəkdə açıq sahələrdə kartof çıxarılması zamanı məhsul bolluğu ilə əlaqədar qiymətlərin enməsi müşahidə oluna bilər”, – məlumatda qeyd olunub. Qeyd edək ki, ötən il Cəlilabad rayonunda sahələrdən 160 min tona yaxın kartof məhsulu tədarük edilib. Obyektivtv.az 0SharesFacebookTwitterPinterest Yorum bırak Related Content Şəhid Röyal Nəsirovun məzarı ziyarət olunub. By admin 1 saat ago Şəhid Röyal Nəsirovun məzarı xiyarət olunub By admin 1 saat ago Cəlilabad rayon icra hakimiyyətinin başçısı Pərdi kəndində vətəndaşları qəbul edib By admin 5 gün ago Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov Cəlilabad rayonunda vətəndaşları qəbul edib. By admin 5 gün ago Daxili İşlər Naziri Vilayət Eyvazov Cəlilabad rayonunda vətəndaşları qəbul edib. By admin 5 gün ago Cəlilabadda 31-mart Azərbaycanlıların Soyqırımı günü qeyd olunub. By admin 6 gün ago