Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, həmyerlisi 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib.
Ayağından xəsarət alan yaralı rayon xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Surxay Şahbazov

