Bakıda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.
Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
16:00
Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Pravda.az-a verilən məlumata görə, “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
13:29
Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə Nizami rayonunda, “Şəfa” stadionu yaxınlığında qeydə alınıb.
Qəza “Mercedes” markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
13:08
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində insan itkisi var.
Report
















