Azərbaycanda əməkhaqqının bir saatı 4 manat olacaq? – AÇIQLAMA

Ölkədə minimum əmək haqqı 345 manatdır, indiki rəqəmi, 8 saatlıq iş gününü, 5 günlük iş həftəsini nəzərə alsaq, bir saatı 2 manat 15 qəpiyə düşür, 6 günlük iş həftəsi olanlar üşün isə bir saatlıq ödəniş 1 manat 79 qəpik edir. Amma ABŞ-da bir saatlıq minimum əmək haqqı 7,25 dollar, 12 manat 32 qəpikdir, yəni, işçiyə bundan aşağı maaş ödəmək olmaz. İsraildə isə bir saatlıq minimum əmək haqqı 8,41 dollar, 14 manat 29 qəpikdir. Bəs, Azərbaycanda saata görə maaş minimum 4 manat, bəzi sahələrdə isə 6 manat ola bilərmi?

 

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışdı.

 

Ekspert açıqlamasında indiki zamanda sözüügedən məsələ ilə bağlı rəsmi qərar olmadan fikir bildirməyin çətin olduğunu vurğuladı:

 

“Bununla bağlı versiya söyləmək mümükün deyil. Sözügedən məsəslə il bağlı Nazirlər kabineti qərar verməlidir. Nazirlər kabinetinin verdiyi qərara əsasən müzakirələr başlaya bilərik ki, əməkhaqqının hansı qaydada hesablanması daha doğru olar. Rəsmi qərar olmadığı üçün, indiki zamanda bunu proqnozlaşdırmaq çətindir”.

 

 

Exit mobile version