• Əsas Səhifə
  • Cəmiyyət
  • Azərbaycan
  • Bölgələr
  • İdman
  • Dünya
  • Video
Sayt 2022-ci ildən fəaliyyət göstərir
Təsisçi - Abdullayev Laçın
Bizimlə Əlaqə - 050 629 63 63, 055 380 75 05
  • Home
  • Bölgələr
  • Ağstafada BİABIRÇILIQ: Qırlamadan asfalt tökdülər, yeni yola “yamaq” vurdular – İcra hakimiyyəti hara baxır? (FOTO + VİDEO)
Bölgələr

Ağstafada BİABIRÇILIQ: Qırlamadan asfalt tökdülər, yeni yola “yamaq” vurdular – İcra hakimiyyəti hara baxır? (FOTO + VİDEO)

  • by admin
  • 2 yıl ago
  • 107
  • 0
0
Shares
FacebookTwitterPinterest

Dəfələrlə yol abadlaşdırılması ilə bağlı tender  layihələr həyata keçirən Ağstafa Rayon İcra hakimiyyətinə rayonun mərkəzi küçələrindəki yolun biabırçı durumu görünür maraqlı deyil.

32gun.az-a daxil olan məlumata görə, qırlama  işi görülmədən yollarda asfalt tökülüb.

Bu saytımıza daxil olan video və foto görüntülərdən də aydın olur.

Bu da görülən işin keyfiyyətsizliyini üzə çıxarır.

Məsələ bununla bitmir.

Təmir işi görülən yolda avtomobil hərəkətə hər iki tərəfdən bağlıdır.  Lakin təmir işi baş tutarkən yolun bir tərəfi açıq olmalıdır ki, təcili yardım və ya yanğın söndürən maşınları çağırılan ünvana vaxtında çata bilsin. Eləcə də digər avtomobillər üçün…

Ağstafa Rayon icra Hakimiyyətinin qırlanmamış yolda asfalt işlərimin görülməsi “əməliyyatı”nı ört-bas etmək üçün bu əmələ əl atdıqları da iddia edilir.

Məsələnin üstü açıldıqdan sonra və yolun bir hissəsində çöküntü qaldığına görə  yenidən asfaltlanmış yolun bir hissəsi sökülüb, müəyyən qədər qırlama işləri görülüb. Daha sonra yenidən həmin hissə asfaltla yamaq vurularaq qapadılıb.

İşin digər biabırçı tərəfi yollara tökülən zibillər və mərkəzi küçədən gələn üfunət qoxusudur.

Yolun bağlı olma səbəbindən  Rayonun Kommunal Müəssisələr Kombinatı (KmK) maşınıları həmin əraziyə girib zibilləri daşımaqda aciz qalır.

Xatırladaq ki, Ağstafa RİH başçısı Seymur Orucovdur.

Turantv.az

Facebook Twitter
    0
    Shares
    FacebookTwitterPinterest
    Yorum bırak

    Related Content

    • Cəlilabadlı şagirdlərdən növbəti uğur: Qızıl və bürünc medal qazandılar – FOTOLAR

      By admin 13 saat ago
    • Cəlilabadlı şagirdlərdən növbəti uğur: Qızıl və bürünc medal qazandılar – FOTOLAR

      By admin 13 saat ago
    • 20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

      By admin 19 saat ago
    • Azərbaycanda Məhərrəm ayı başladı

      By admin 2 gün ago
    • Bu qədər ərazini Rusiyadan geri aldıq – Zelenski

      By admin 2 gün ago
    • Putinlə danışıqlar qış başlamazdan əvvəl keçirilməlidir, əks halda Rusiyanı “ağır qış” gözləyir. Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib. O, bu yaxınlarda rusiyalı oliqarx Roman Abramoviçlə görüşdüyünü təsdiqləyib. Zelenski Kremlin bu gün təkzib etməsinə baxmayaraq, Putinə G7 sammitində danışıqlara qoşulmağı təklif etdiyini bir daha vurğulayıb. Ukrayna liderinin sözlərinə görə, Rusiya döyüş meydanında ayrı-ayrı istiqamətlərdə təşəbbüsü itirib və bir ay ərzində müdafiə qüvvələri istiqamətlərdən birində 100 kvadrat kilometr ərazini ələ keçirib. “Biz belə oyunlar oynamırıq, üçüncü bir ölkəyə ehtiyacımız var: bu, Rusiya və Ukrayna deyil”, – Zelenski Rusiyanın Moskvada görüş keçirmək təklifini şərh edərkən deyib. Ukrayna Prezidentinin fikrincə, belə bir platforma İsveçrə, Türkiyə, Yaxın Şərq ölkələri və hətta ABŞ ola bilər. “Rusiya cəmiyyətinin 60%-i müharibəni dayandırmaq istəyir”, – o əlavə edib.

      By admin 2 gün ago
    Back to top

    Sayt 2022-ci ildən fəaliyyət göstərir Təsisçi - Abdullayev Laçın Bizimlə Əlaqə - 050 629 63 63, 055 380 75 05

    Exit mobile version