Dünya

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəlib – YENİLƏNİB + FOTO

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib.

Bu barədə o “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Kədəri kədəimiz, sevinci sevincimiz olan, daim iki dövlət bir millət olan qardaş ölkə Azərbaycandayıq. Səfər proqramı çərçivəsində Türkiyə Yüzilliyi Əməkdaşlıq və Həmrəylik Platformasının təşkil etdiyi “İş Dünyası Görüşü” proqramında iştirak edəcəyik. Sabah səhər Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşəcəyik. Sonra Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidləri məzarlığını ziyarət edəcəyik. Daha sonra Azərbaycanın Baş naziri Əli Əsədov və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcəyik. Daha sonra Türkiyə Cümhuriyyətinin Bakı səfirliyinə baş çəkərək proqramımızı tamamlayacağıq. Ürək körpülərimizin möhkəm təməllər üzərində möhkəm bağlarla qurulduğu sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığı əbədi olaraq davam edəcəkdir”, – deyə C.Yılmaz qeyd edib.

Obyektivtv.az 

What's your reaction?

Related Posts

1 of 1.351

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.