Azərbaycan

Hər əsgərimiz BİR ERMƏNİ ORDUSUNA BƏDƏLDİR… – HƏQİQƏTƏN DƏ…

Azərbaycan və Ermənistan arasında razılaşmaya görə 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdirilir. Say arasında böyük fərq olsa da, burada iki məsələ əhəmiyyətlidir:

1. Məsələ nə qədər hərbçinin qaytarılması, yaxud alınması yox, qarşılıqlı etimad mühitinin yaradılmasına dair razılaşmadır;
2. Ermənistanın əlində Azərbaycanın iki hərbçisi var və rəsmi Bakı üçün vacib olan nə qədər erməninin qaytarılması yox, öz hərbçilərinin azad edilməsidir;

Bakı bir azərbaycanlı hərbçi üçün 16 ermənini İrəvana təhvil verir və bununla Ermənistanda heç bir əsirimiz qalmır.

Ermənistan məhkəməsi qondarma ittihamla Aqşin Bəbirovu 11,5 il müddətinə, Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum etmişdi. 6 dekabrda isə Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq, ömürlük həbsə məhkum edildi. Xüsusilə onlara qarşı törədilən vəhşilik hər birimizin ağrısına çevrilmişdi.

Və ermənilərin Hüseyn Axundova ömürlük həbs cəzası verməsindən bir gün sonra hər iki hərbçimizin azad olunduğu xəbəri gəldi. Azərbaycanın bir əsgəri bütün erməni ordusundan dəyərlidir.

Müəllif: Asif Nərimanlı
Obyektivtv.az

What's your reaction?

Related Posts

1 of 1.361

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.