Obyektivtv.az“Uzun illərdir yaratdıqları qavrayışla həm özlərinə, həm də dünyaya yalan danışdıqlarını görürük, buna son qoymağın vaxtı çatıb. Haqsızlıqların, zülmün ört-basdır edilməsinə son qoyulmalıdır”.
Aktual.ge xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Hakan Fidan Beyrutda Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabib ilə birgə mətbuat konfransında deyib.
Təl-Əviv rəhbərliyini sərt tənqid edən Hakan Fidan deyib:
“Haqsızlıqların, zülmün ört-basdır edilməsinə son qoyulmalıdır. Beynəlxalq ictimaiyyətə çağırışımız budur ki, bildiyiniz faktlara uyğun hərəkət edin. Siz nə edildiyini çox yaxşı bilirsiniz, biz də bilirik. Birinin torpağını zəbt edirsən, evini zəbt edirsən, yıxırsan, çölə atırsan, sonra başqasını gətirib ora qoyursan. Siz buna məskunlaşan deyirsiniz. Amma buna oğurluq deyilir. Artıq bunu da belə ifadə etmək lazımdır”.
















